• 19 Aprel 2024
logo
Bu gəmi “Abşeron” yatağındakı işlərə cəlb olundu

Bu gəmi “Abşeron” yatağındakı işlərə cəlb olundu - Video

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) 2 500 ton yükqaldırma qabiliyyətinə malik "Azərbaycan" kran gəmisi "Abşeron Erkən Hasilat Platforma Kompleksi"nin üst tikililərinin "Abşeron" yatağına nəqli və dayaq blokunun üzərində quraşdırılması əməliyyatlarına cəlb olunub. Bu barədə ASCO məlumat yayıb. Bu məqsədlə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda hazırlanan üç ədəd üst tikilinin ikisi – "AMO-2" və "AMO-1" modulları kran gəmisinin köməkliyi ilə barjalara yerləşdirilib. "AMO-3" modulu isə "Azərbaycan" kran gəmisinin öz göyərtəsinə yüklənib. Üst tikililər "Abşeron" yatağına çatdırıldıqdan sonra "Azərbaycan" kran gəmisi burada onların dayaq blokunun üzərində quraşdırılmasında iştirak edəcək.