Bu ilin martında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 696,4 min barel olub.
Energetika Nazirliyindən verilən məlumata görə, hasil edilən maye karbohidrogenlərin 579,4 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib.
Beləliklə, Azərbaycan martda "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) öhdəliyini 116,5% yerinə yetirib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 25-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin mart ayında daha 7 min barel artırılaraq 675 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 43 min barel həcmində olması nəzərdə tutulurdu.