• 18 Aprel 2024
logo
Elman Rüstəmov: "Manatın məzənnəsi bu il stabil olacaq"

Elman Rüstəmov: "Manatın məzənnəsi bu il stabil olacaq"

"Milli valyutanın məzənnəsi bu il stabil olacaq, manatın məzənnəsi qorunub saxlanılacaq".
Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, bank bu istiqamətdə qoruyucu yox, neytral siyasət tətbiq edib və manatı devalvasiyadan yox, revalvasiyadan qoruyub.
Xatırladaq ki, "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin analitikləri bu yaxınlarda bildirmişdi ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq.
"Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankını 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - S&P-nin analitikləri vurğulamışdı.