• 19 Mart 2024
logo
Azad edilmiş ərazilərin minadan təmizlənməsi üçün idxal edilən mallar 5 il müddətinə ƏDV və gömrük rüsumlarından azaddır

Azad edilmiş ərazilərin minadan təmizlənməsi üçün idxal edilən mallar 5 il müddətinə ƏDV və gömrük rüsumlarından azaddır

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə əlavə dəyər vergisindən azaddır.
Bu, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu qanun 2021-ci il oktyabrın 15-dən tətbiq edilir.
Eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə gömrük rüsumlarından azaddır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 6 noyabr 2021-ci il tarixli qərarı ilə “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiqlənib. Qərara əsasən, həmin mallar 2021-ci il 15 oktyabr tarixindən 5 il müddətində idxal gömrük rüsumundan azad edilib.