• 6 Oktyabr 2022
logo
Azərbaycanda cəmi depozit bazası 2% artıb

Azərbaycanda cəmi depozit bazası 2% artıb

Bu ilin mayın 1-nə Azərbaycandakı kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 24 213,2 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 3,6% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, aylıq müqayisədə bu göstərici 1,6%, ilin əvvəlindən isə 2,3% artıb.
Qeyd edək ki yerləşdirilmiş depozitlərin 53,6%-i xarici valyutada olub. Beləliklə, dollarlaşma son 6 ilin minimumunda qalmağa davam edir. Cəmi depozitlərin bundan aşağı dollarlaşması sonuncu dəfə 2015-ci ilin yanvarında (52%) qeydə alınıb.