• 3 Dekabr 2021
logo
ARDNF bu il AÇG-dən 953 mln. dollardan çox gəlir əldə edib

ARDNF bu il AÇG-dən 953 mln. dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-mart aylarında (01.01.2021-01.04.2021 tarixinə) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) "Azəri-Çiraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 953 498 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 42,9% azdır.

ARDNF-dən verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 1 671 mln. dollar səviyyəsində idi.

Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF AÇG blokundan əldə etdiyi gəlirləri 3 522,7 mln. ABŞ dolları təşkil edib.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.