• 27 Aprel 2024
logo
AMB: Azərbaycan əhalisinin kreditlərinin 29,4%-i xarici valyutadadır

AMB: Azərbaycan əhalisinin kreditlərinin 29,4%-i xarici valyutadadır

2021-ci ilin yanvar ayının 31-nə Azərbaycanda kredit təşkilatlarında (banklar, BOKT, kredit ittifaqları) əhalinin kreditlərinin həcmi aylıq 0,4% artaraq 14 587,2 mln. manat təşkil edib. "APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, kreditlərin 29,4%-i xarici valyutada olub, bu, aylıq müqayisədə 0,4 faiz bəndi azdır. Qeyd edək ki, yanvarın 1-nə kreditlərin dollarlaşması 29,8% təşkil etmişdi ki, bu da 2015-ci ilin yanvar ayından bəri ən aşağı göstəricidir. Beləliklə, dollarlaşma ötən ayda altıillik minimumda qaldı. Statistikanın aparıldığı dövrdən (2006-cı ildən bəri) kreditlərin ən yüksək dollarlaşma səviyyəsi isə 2016-cı ilin yanvar ayında qeydə alınmışdı (51,9%).