• 4 May 2024
logo
ABŞ-ın kommersiya neft ehtiyatları azalıb

ABŞ-ın kommersiya neft ehtiyatları azalıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 6 368 min barel azalaraq 453 625 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 600 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.