• 19 Aprel 2024
logo
Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı 6,5% artıb

Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı 6,5% artıb

Azərbaycanın milli domen zonasında (".az") 36 302 internet resursu qeydə alınıb. "APA-Economics"in WHOIS portalına istinadən verdiyi məlumata görə, cari ilin əvvəlindən ".az" domenində qeydiyyatdan keçən saytların sayı 6,5% artıb. Qeydə alınan saytların ümumi sayının 33 928-i birinci səviyyəli domen zonasına aiddir ki, bu göstərici üzrə yanvar-sentyabr ayları ərzində 7% artım qeydə alınıb.

Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə cari ilin üç rübü üzrə qeydiyyatdan keçən saytların sayı 2% artaraq 1 347 ədəd təşkil edib.

Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə 482 sayt qeydiyyatdan keçib ki, bu da cari ilin əvvəlinin göstəricindən 5% çoxdur.