• 9 Oktyabr 2024
logo
Azərbaycanda dəniz ilə daşınan yüklərin 48%-i neftin payına düşüb

Azərbaycanda dəniz ilə daşınan yüklərin 48%-i neftin payına düşüb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-avqust aylarında daşınmış yüklərin həcmi 5 643,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,8% azalıb.

Dövlət Statistika Komitəsindən Baymedia.az-a verilən məlumata görə, hesabat dövründə yüklərin 48,3%-i neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 9269,0 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 7 421,9 min tonunu və ya 80,1%-i tranzit yüklər təşkil edib.

“2024-cü il sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 409,1 min ton olub”, - məlumatda qeyd olunur.

Bildirilir ki, hesabat dövründə bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 20,6% artaraq 18,7 min nəfər təşkil edib.