• 12 Oktyabr 2024
logo
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib

Dünya Bankı (DB) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

Baymedia.az xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.

DB Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2024-cü ildə 2,3 %, 2025-ci ildə 2,4% artacağını proqnozlaşdırıb. Bu isə Bankın bu ilin yanvar proqnozu ilə müqayisədə 0,1% bəndi azdır. Dünya Bankı, həmçinin, 2026-cı il üzrə də Azərbaycanda iqtisadi artımın 2,4% təşkil edəcəyini açıqlayıb.

Dünya Bankı ümumilikdə Cənubi Qafqaz ölkələrində iqtisadi artımın 2024-26-cı illərdə təxminən 3,5 faiz səviyyəsində sabitləşəcəyini proqnozlaşdırır.

“Azərbaycanın 2023-cü ildə nəzərəçarpacaq dərəcədə aşağı olan karbohidrogen ixracının müəyyən qədər bərpası gözlənilir. Bu dirçəlişin Ermənistan və Gürcüstanda son illərdə qeyri-adi yüksək artımdan sonra yavaşlamanı balanslaşdıracağı gözlənilir. Ukraynanın işğalı nəticəsində region ölkələrinin ticarətində isə artım davam edəcək”- hesabatda əlavə edilib.