• 22 Oktyabr 2024
logo
Dünya bazarlarında neftin qiyməti 85 dolları ötüb

Dünya bazarlarında neftin qiyməti 85 dolları ötüb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin avqust müqaviləsinin dəyəri 0,05% artaraq 1 barelə görə 85.37 ABŞ dolları təşkil edib.

Baymedia.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,01% azalaraq 1 barelə görə 81.56 ABŞ dolları təşkil edib.