• 22 İyul 2024
logo
Dünyada siqaretin ən baha satıldığı ölkələr - Siyahı

Dünyada siqaretin ən baha satıldığı ölkələr - Siyahı

Dünyada siqaretin ən baha satıldığı ölkə Türkmənistan, ən ucuz satıldığı ölkə isə Malidir.

Baymedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, hazırda dünyada orta qiyməti 5.23 dollar olan “Marlboro” siqareti Türkmənistanda 28.57 dollara satılır. Avstraliyada bir siqaretin qiyməti isə 26.59, Yeni Zelandiyada isə 24.4 dollardır.

Böyük Britaniya (19.17), Mikroneziya (18), İrlandiya (16.86), ABŞ (15.46), Norveç (15.1), Seyşel adaları (14.61) və Monako (13.51) siqaretin bahalılığına görə ilk onluqda yer alıblar.

Dünyada siqaretin ən ucuz satıldığı ölkə isə Malidir. Bu ölkədə siqaretin orta hesabla qiyməti 0.93 dollardır.