• 19 İyul 2024
logo
Brent markalı neft bahalaşıb, WTI isə cüzi ucuzlaşıb

Brent markalı neft bahalaşıb, WTI isə cüzi ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyəri 0,12% artaraq 1 barelə görə 84.08 ABŞ dolları təşkil edib.

Baymedia.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,06% azalaraq 1 barelə görə 80.01 ABŞ dolları təşkil edib.