• 19 May 2024
logo
Türkiyə məhsulları ucuzlaşacaq: vergi ləğv edilir

Türkiyə məhsulları ucuzlaşacaq: vergi ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Milli Məclisin profil komitələrində müzakirə edilən bu layihənin sabah plenar iclasda qəbul olunacağı gözlənilir. 2023-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 30 faiz artaraq 7.6 milyard dollara çatıb. Yeni anlaşma qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından vacib hesab edilir. Ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəflənir.

Baymedia.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar bayramov qeyd edib.

O bildirib ki, Azərbaycanın qeyri-neft ixracatının 25 faizi məhz qardaş dövlətin payına düşür:

“Türkiyə həm ümumi ticarət dövriyyəsində, həm də qeyri-enerji ixracatında Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır.

İkiqat vergitutmanın ləğv edilməsi Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcini və qiymətini azalda bilər. Türkiyədən illik idxalımızın həcmi 2 milyard 291 milyon dollardır. İdxalda yüngül sənaye, xüsusən də geyim və qida malları xüsusi paya malikdir. Bu kontekstdən, yaxın dövrlərdə Azərbaycanda Türkiyədən gətirilən malların ucuzulaşması mümkün ola bilər. İqtisadi baxımdan xərcin azalması qiymətlərin düşməsi ilə müşahidə olunmalıdır”.