Bu gün Bakıda işinə başlayan Dövlət Turizm Agentliyinin (DTA) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı "QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü"ndə Ermənistan tərəfi iştirak etmir.
Baymedia.az Report-a istinadla xəbər verir ki, Ermənistan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 11 üzvündən biridir.
İki gün davam edəcək tədbirdə QDTİB-yə üzv dövlətlərin - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın nümayəndələri iştirak edirlər.
QDTİB - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Bankda Türkiyə, Rusiya və Yunanıstan hər birisi 16,5%, Rumıniya - 14%, Ukrayna və Bolqarıstan - hər biri 13,5%, Azərbaycan - 5%, Albaniya - 2%, Ermənistan - 1%, Gürcüstan və Moldova - hər biri 0,5%-lik paya malikdirlər. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti inkişaf etdirməyi hədəfləyir.