• 18 May 2024
logo
Əsədovdan motosikletlərlə bağlı qərar

Əsədovdan motosikletlərlə bağlı qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Baymedia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, mühərrikinin silindrlərinin işçi həcmi 50 kubsantimetrdən çox olmayan porşenli daxiliyanma mühərrikli motosikletlər (konstruksiyası ilə (və ya texniki göstəriciləri ilə) müəyyən olunan maksimal sürəti saatda 50 km-dən çox olan və digərləri) üçün idxal gömrük rüsumu 15 faiz olacaq.

Maksimal sürəti saatda 50 km-dən çox olan elektrik mühərrikli velosipedlər üçün də 15 faiz idxal gömrük rüsumu müəyyənləşib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.