• 21 İyun 2024
logo
Azərbaycanda maliyyə axını 13%-ə yaxın artıb

Azərbaycanda maliyyə axını 13%-ə yaxın artıb

Bu ilin I rübündə Azərbaycanda maliyyə axını 24 milyard 757.8 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 787.9 manat və yaxud 12.7% çoxdur.

Baymedia.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

2024-cü ilin birinci rübünün əvvəllərində neft sektoru üzrə iqtisadi aktivlik indeksində nisbi azalma qeydə alınsa da, rübün sonlarına doğru artım dinamikası müşahidə edilmişdir. İndeks özündən əvvəlki tarixi maksimum səviyyəyə çata bilməmişdir. Qeyri-neft sektoru üzrə aktivlik indeksində isə ötən rüblə müqayisədə kəskin artım qeydə alınıb.