• 30 Aprel 2024
logo
Tikinti materialları ucuzlaşdı - Video

Tikinti materialları ucuzlaşdı - Video

Bəzi tikinti materialları ucuzlaşıb.

Baymedia.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, sahibkarlar bildiriblər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində azalma müşahidə edilir.

Lakin, buna baxmayaraq satıcılar alıcı sıxlığının azlığını da diqqətə çatdırıblar.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, qiymətlərdə azalma ən çox Rusiyadan gələn materiallarda özünü göstərir.

Ekspertin fikrincə, digər tikinti materiallarının ucuzlaşması daşıma və əlavə xərclərlə əlaqədardır.

Qum və sementin qiymətinin azalması isə yerli səbəblərlə bağlıdır. Bu sahələrdə sərt ekoloji və daşıma qaydalarının tətbiqi qiymətlərə təsir edir.