• 17 Aprel 2024
logo
Xankəndidə bu müəssisənin məlumat bazası yaradıldı

Xankəndidə bu müəssisənin məlumat bazası yaradıldı

Erməni işğalından azad olunan Xankəndi, Xocavənd, Xocalı, Əsgəran və Ağdərədəki mədəniyyət müəssisələrinin məlumat bazası yaradılıb.

Baymedia.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd edilib ki, Mədəniyyət Nazirliyi tərəfindən həmin ərazilərdə monitorinqlər aparılıb.

Yoxlamalar əsasında həmin ərazilərdəki mədəniyyət müəssisələrinin mövcud vəziyyəti öyrənilib, müvafiq məlumat bazası yaradılıb.