• 21 Aprel 2024
logo
Cavanşir Quliyev səhhətindən danışdı

Cavanşir Quliyev səhhətindən danışdı

İndi yaxşıyam. Təhlükə keçdi. Zamanında müraciət olunduğu üçün hər şey zərərsiz bitdi.

Baymedia.az xəbər verir ki, bu sözləri bir neçə gün öncə Türkiyədə cərrahiyyə əməliyyatı keçirən Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev “Günün Səsi”nə açıqlaması zamanı bildirib.

“Kifayət qədər ağır vəziyyət idi. Həkimlərin yüksək peşəkarlığı burada rol oynadı. Vaxtında müraciət, arxadan gələn dəstək – hamısı bu nəticəni verdi. Hazırda yaxşı vəziyyətə gəlib çatmışam. Hətta ondan da yaxşı vəziyyətə gəldim. Çünki bilmədiyim gizli sağlıq problemlərim də var imiş. Onlar da üzə çıxdı və həll etdilər. Sabaha, ya bu günə buraxılacağam. 4-5 gün evde qalacağam. Sonra Bakıya qayıdacağam. Hər kəsə diqqətinə görə minnətdaram. Heç kəsə cavab verə bilməsəm də, hamısını mənə deyirdilər. Açığı bu qədər dəstəyi heç gözləmirdim”, - deyə bəstəkar vurğulayıb.

Qeyd edək ki, fevralın 12-si əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılmışdı. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olmuşdu. Bəstəkarın müalicəsinə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilib.