• 27 İyul 2024
logo
Araş ailəsi ilə Azərbaycana gəldi

Araş ailəsi ilə Azərbaycana gəldi

Dünyaca məşhur müğənni Araş istirahət üçün Azərbaycana gəlib.

Baymedia.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni Şahdağda dincəlir. Araş əkizləri Darian və Doni ilə olan fotolarını İnstaqram izləyiciləri ilə bölüşüb.

Sənətçi fotolara "Azərbaycanda xizək sürmək" qısa şərhini yazıb.

Qeyd edək ki, Araş Aysel Teymurzadə ilə birlikdə 2009-cu ildə Azərbaycanı "Avroviziya"da təmsil edib.