• 21 Aprel 2024
logo
Qara Qarayevə həsr olunmuş “Musiqi paradı” başa çatıb

Qara Qarayevə həsr olunmuş “Musiqi paradı” başa çatıb

"Xalqın Mədəni Sərvəti" layihəsi çərçivəsində fevralın 14-dən 16-dək keçirilən görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevə həsr olunmuş “Musiqi paradı” başa çatıb.

Gəncə Dövlət Filarmoniyasından Baymedia.az-a verilən məlumata görə, layihənin sonuncu günü Göygöl, Samux və Goranboyun musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı olub.

Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində olan bağlanış mərasimində çıxış edən layihənin ideya müəllifi, bədii rəhbəri, Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov bildirib ki, bu cür layihələrin gerçəkləşməsi üçün Filarmoniya hər zaman öz xidmətlərini göstərəcək.

Daha sonra Filarmoniyanın Kamera Orkestrinin müşayiəti ilə Qara Qarayevin əsərləri səsləndirilib.

Qeyd edək ki, bağlanış mərasimində uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin sərgisi də təşkil olunub.