• 27 İyul 2024
logo
Cavanşir Quliyev haqda son məlumat yayıldı

Cavanşir Quliyev haqda son məlumat yayıldı

07:45

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda müalicə aldığı xəstəxanada hazırda əməliyyat olunur.

Baymedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.

O deyib ki, ailəsi ilə əlaqə saxlayıb, 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat veriləcək.

Qeyd edək ki, bundan öncə bəzi sosial şəbəkə və media orqanlarında Cavanşir Quliyevin vəfat xəbəri yayılmışdı.