• 27 İyul 2024
logo
Elnur Eltürk təltif edildi

Elnur Eltürk təltif edildi

Vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk təltif olunub.

Baymedia.az xəbər verir ki, bu barədə Elnur Eltürk özü məlumat yayıb.

E.Eltürk bildirib ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edərək Vikipediya Beynəlxalq Ensiklopediyasında Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatının təbliği işində xidmətlərinə görə Azərbaycanın Özbəkistandakı Səfirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Fəxri Fərmanla təltif olunub.