• 27 İyul 2024
logo
"Cənab və xanım Smitlər" serialının premyera vaxtı məlum olub

"Cənab və xanım Smitlər" serialının premyera vaxtı məlum olub

"Cənab və xanım Smitlər" serialının ikinci mövsümünün premyerası 2024-cü il fevralın 2-də keçiriləcək.

Baymedia.az xəbər verir ki, komediya janrında ekranlaşdırılan filmin baş rollarını Donald Qlover və Maya Erskin canlandırıb.

Ekran əsəri sirlərlə dolu casus agentliyi tərəfindən dəbdəbəli həyat müqabilində işə götürülən və bir-birinə qarşı yad olan iki şəxsin hekayəsindən bəhs edir.

Filmin aktyor heyətində Aleksander Skarzqard, Eiza Qonzales, Sarah Paulson, Şaron Horqan, Ron Perlman və Billi Kambel də yer alıb.