• 21 Fevral 2024
logo
Bakıdakı Rus evində Səməd Vurğunun xatirə axşamı olacaq

Bakıdakı Rus evində Səməd Vurğunun xatirə axşamı olacaq

Hər bir xalqın şeirinin bir misrasından bütün yaradıcılığının tanındığı görkəmli şairi var. Azərbaycan xalqı üçün belə bir söz ustası əbədiyaşar klassik, yaradıcılığında daim Vətən mövzusunu tərənnüm edən Səməd Vurğundur. Onun ən məşhur şeiri də məhz “Azərbaycan” adlanır. Şairin əsərləri müasir Azərbaycan ədəbiyyatının Qızıl fonduna daxil olub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən Baymedia.az-a bildiriblər ki, dekabrın 13-də Bakıdakı Rus evində Azərbaycanın böyük oğlu Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş poeziya axşamı təşkil ediləcək.

Tədbirdə şairin mənalı həyatının ən mühüm məqamlarından və onun yaradıcılığından söhbət açılacaq, Səməd Vurğunun sevimli melodiyalarının sədaları altında şeirlər səsləndiriləcək.

Səməd Vurğun şair, dramaturq, ictimai xadim, bir sıra nüfuzlu sovet mükafatlarının laureatı, Azərbaycan SSR-nin ilk Xalq şairidir. O, 1936-cı ildə A.S.Puşkinin “Yevgeni Onegin” romanının Azərbaycan dilinə tərcüməsinə görə dahi rus şairinin adını daşıyan Puşkin Komitəsinin medalı ilə təltif edilib.