• 27 İyul 2024
logo
Güneyli yazıçı və mədəniyyət xadimi vəfat etdi

Güneyli yazıçı və mədəniyyət xadimi vəfat etdi

Güney Azərbaycanın tanınmış yazıçı və mədəniyyət xadimlərindən olan Əli Cəngcuy Xalitabadi uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

Baymedia.az xəbər verir ki, o, dekabrın 5-i gecə saatlarında vəfat edib.

Xalitabadi 15 noyabr 1943-cü ildə Urmiyanın Əsgər xan məhəlləsində anadan olub. İşi ilə əlaqədar Tehran və Zahidan şəhərlərində yaşayan mədəniyyət xadimi sonralar Təbrizə köçüb və burada Mədəniyyət Nazirliyinin yerli bölməsində fəaliyyət göstərib.

Əli Cəngcuy Xalitabadi 1979-ci il inqilabından sonra tanınmış tarixçi alim Məhəmməd Tağı Zehtabi və başqa bir neçə mədəniyyət xadimi ilə birlikdə Təbrizdə Azərbaycan Mədəniyyət Ocağını təsis edib.

O, “Eldar” jurnalının direktoru, “Dilmac” jurnalının redaktoru, "El bilimi müəssisəsi"nin qurucularından olub. Mədəniyyət xadimi İranda Azərbaycan dili, mədəniyyəti və musiqisinin ayaqda qalması və inkişafında əhəmiyyətli rol oynayan şəxslərdən biri idi.