• 27 İyul 2024
logo
Balaban/ney sənətkarlığı UNESKO-ya daxil edildi

Balaban/ney sənətkarlığı UNESKO-ya daxil edildi

Azərbaycan və Türkiyənin birgə hazırladığı “Balaban/ney sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli mədəniyyət elementi Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi Komitəsinin 18-ci sessiyasında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Təmsilçilik Siyahısına (İCH) daxil edilib.

Baymedia.az xəbər verir ki, bu barədə UNESKO üzrə Azərbaycan Milli Komissiyasının "X" hesabında paylaşım edilib.

Bildirilib ki, artıq Azərbaycanın Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısında 23 elementi var. Yeni əlavə olunanlar aşağıdakılardır:

- Aydınlanma sənəti: Təzhib/Tazhib;

- İftar və onun sosial-mədəni ənənələri;

- Balaban/ney sənətkarlığı və ifaçılıq sənəti;

- Sədəfdüzmə sənətkarlığı.