• 21 Fevral 2024
logo
Tanınmış şair vəfat etdi

Tanınmış şair vəfat etdi

Tanınmış şair Mətləb Məmmədoğlu 58 yaşında vəfat edib.

Baymedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Mətləb Məmmədoğlu 1965-ci il mart ayının 14-də Ağsu rayonunun Çiyni kəndində anadan olub.