• 21 Fevral 2024
logo
Bred Pitt və Ancelina Colinin malikanəsi hərraca çıxarılacaq

Bred Pitt və Ancelina Colinin malikanəsi hərraca çıxarılacaq

Hollivud aktyorları Bred Pitt və Ancelina Colinin Nyu Orleandakı malikanəsi hərraca çıxarılacaq.

Baymedia.az xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.

Dekabrın 11-nə planlaşdırılan hərracda başlanğıc qiymət 5,35 milyon dollar olacaq.

Məşhur cütlük malikanəni 2007-ci ildə 3,5 milyon dollara alıb. Cütlük 2016-cı ildə mülkdən ayrılıb və iki il sonra boşanıblar. 2017-ci ildə əmlak təmir edilib.

Ev 1830-cu illərin Paris malikanələrini xatırladır.