• 27 Aprel 2024
logo
Məşhur gürcü şousunda "Ay Laçın"...

Məşhur gürcü şousunda "Ay Laçın"... - Video

Gürcüstanın Birinci Kanalının efirində Azərbaycan xalq mahnısı “Ay Laçın” ifa olunub.
Baymedia.az Olay-a istinadən xəbər verir ki, musiqi parçası “Ranina” televiziya uşaq müsabiqəsinin efirində baş solist Anastasiya Vasadze ifasında Azərbaycan dilində səsləndirilib.
Qeyd edək ki, “Ranina” şousunun efirində ilk dəfə deyil ki, Azərbaycan mahnısı səslənir. Bir müddət əvvəl verilişin iştirakçılarından biri xalq artisti Polad Bülbüloğlunun “Aman, aman ayrılıq” mahnısını ifa etmişdi.