• 19 İyul 2024
logo
Türkan Hüseynin filmi “Krakov”da…

Türkan Hüseynin filmi “Krakov”da…

Gənc azərbaycanlı kinorejissor Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” film layihəsi “Doc Lab Poland”ın keçirdiyi Krakov Beynəlxalq Film Festivalında iştirak edəcək.
Baymedia.az xəbər verir ki, ekran əsəri 1990-cı il 20 Yanvar hadisələri haqqında animasiya ilə birləşdirilmiş sənədli filmdir.
Proqramın əsas məqsədi layihələrin tanıdılması və digər ölkələrin də layihəyə dəstəyini cəlb etməkdir.
Qeyd edək ki, Türkan Hüseyn Rüstəm İbrahimbəyov Kino Məktəbinin yetirməsidir.