• 14 İyul 2024
logo
Xəstəxanaya yerləşdirilən əməkdar artistin son durumu

Xəstəxanaya yerləşdirilən əməkdar artistin son durumu

Əməkdar artist, kinorejissor Elxan Qasımovun son durumu açıqlanıb.
Baymedia.az xəbər verir ki, sənətçinin qızı Kəmalə Qasımova Report-a açıqlamasında atasının vəziyyətinin stabil-ağır olaraq qaldığını bildirib.
Onun sözlərinə görə, E.Qasımova qan köçürülüb: “Müalicəsi davam edir. Cüzi irəliləyiş var, amma tam proqnoz vermək mümkün deyil. Həkimlər hələ dəqiq söz deyə bilmir”.
Qeyd edək ki, 78 yaşlı Əməkdar artist bir neçə gün öncə aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.