• 29 Mart 2024
logo
Tanınmış prodüser vəfat etdi

Tanınmış prodüser vəfat etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, prodüser, kastinq direktoru Azər Əkbərov vəfat edib.
Baymedia.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Qeyd edək ki, Azər Əkbərov 1960-cı ildə Bakıda anadan olub. 1977-1981-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Uzun müddət “Azərbaycanfilm” kinostudiyasında film direktoru, prodüser və kastinq direktoru olaraq fəaliyyət göstərib.