• 21 İyun 2024
logo
Güney Azərbaycanda xalçaçılıq sənayesi çökür

Güney Azərbaycanda xalçaçılıq sənayesi çökür

Güneydə - Qərbi Azərbaycanın Soyuqbulaq (Mahabad) mahalında əhalinin əsas məşğulluq sahələrindən olan əldə toxuma xalça sənayesi çökür.
Baymedia.az xəbər verir ki, bunu Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq mahalının Xalçaçılar Birliyinin başçısı Çiya Qurbani Əqdəm deyib.
O, əldə toxuma xalçaların ötən ilə nisbətdə 20 faiz azaldığını bildirib.
“Soyuqbulaq xalçaları, xüsusilə Əfşar naxışlı xalçaların keyfiyyət, gözəllik və incəliyinə görə dünya səviyyəsində məşhur olmasına baxmayaraq, ixracat problemləri, hökumətin laqeyd münasibəti üzündən əvvəlki səmərəliliyini itirib”.