• 21 İyun 2024
logo
“Qızıl qlobus”un qalibi elan edildi

“Qızıl qlobus”un qalibi elan edildi

Ötən gün Los-Ancelesdə “Qızıl qlobus”un mükafatlandırma mərasimi keçirilib.

Baymedia.az xəbər verir ki, ən yaxşı dram nominasiyası üzrə “Qızıl qlobus” mükafatını amerikalı kinorejissor Stiven Spilberqin “Fabelmans” filmi qazanıb.

Qeyd edək ki, əsas kateqoriya mükafatına namizədlər arasında Ceyms Kemeronun “Avatar: Su yolu”, Baz Luhrmanın “Elvis”, Todd Fildin “Tar” və Cozef Kosinskinin “Top Gun: Maverick” filmləri olub.