• 21 İyun 2024
logo
Azərbaycanlı aktyor rus serialında

Azərbaycanlı aktyor rus serialında - Video

Aktyor Fərhad Səmimi Rusiyada yayımlanan “Aktyor” serialında rol alıb.

Baymedia.az Olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib. “Россия-1” kanalında yayımlanan ekran işində Fərhad kriminal aləmdən olan Orxan adlı bir şəxsi canlandırır. F.Səmimi bildirib ki, öncə serialda adı Nasir olsa da, sonradan xahişlə adının Orxan qoyulmasını istəyib.

Qeyd edək ki, ekran işində İvan Lipatov adlı aktyorun düşdüyü çətin durumdan bəhs edilir.