• 4 Fevral 2023
logo
Qafqaz neandertallarının qeyri-adi ixtirası

Qafqaz neandertallarının qeyri-adi ixtirası

Qafqaz neandertalları daş alətləri taxta hissəyə bərkitmək üçün bitumdan istifadə edirdilər.
Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Elm Fondunun məlumatında bildirilib.
Məlumata görə, işlər “Tarixəqədərki laboratoriya”nın və Rusiya Elmlər Akademiyasının A.V.Topçiyev adına Neft-Kimya Sintezi İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.
Tədqiqatçılar Maykop yaxınlığındakı Mezmayskaya və Nalçik yaxınlığındakı Sarac-Çuko mağarasında tapılan alətləri tədqiq ediblər.
Məlum olub ki, bu alətlərin üzərində daş hissənin taxta hissəyə bitişik yerində qara yapışqan maddənin izləri var. Bu maddənin Furye spektroskopiyası ilə təhlili göstərib ki, təbii olaraq neftdən əmələ gələn mineral yapışqan maddə olan bitumdur.