• 27 İyul 2024
logo
Pikassonun yüzlərlə tablosu oğurlandı

Pikassonun yüzlərlə tablosu oğurlandı

Dünya şöhrətli ispaniyalı rəssam Pablo Pikassonun mütəxəssis araşdırması altında olan qalereyasında varislərinə məxsus yüzlərlə tablo oğurlanıb.
Baymedia.az xəbər verir ki, bu barədə “Art Nyuspeypr” məlumat yayıb.
Məlumata əsasən, Pikassonun 550-dən çox rəsm və qravürünün oğurlanmasıyla bağlı məhkəmə ötən həftə başlayıb. Prokurorlar Parisdəki “Belle et Belle” qalereyasının sahiblərinə şərti cəza istəyib.
Qalereya sahibi Anna Pfeffer və onun əri Herbert Jaklin Pikassonun qızlarından və sənət dileri Eme Maedən oğurlanmış yüzlərlə əsəri gizlətməkdə ittiham olunurlar.
Qeyd edək ki, iş üzrə məhkəmə qərarının noyabrın 18-də veriləcəyi gözlənilir.