• 29 Mart 2024
logo
Təbrizdə azərbaycanlı müğənni həbs olundu - Foto

Təbrizdə azərbaycanlı müğənni həbs olundu - Foto

Təbrizdəki kütləvi etiraz aksiyalarında gənc azərbaycanlı müğənni Arəş İffəti həbs olunub.
Baymedia.az xəbər verir ki, bu barədə “Teleqram” kanallarında məlumat yayılıb.
Bildirilib ki, özünün yeni musiqi əsərini yazdırmağa hazırlaşan gənc müğənni Təbrizdə küçə etirazlarının ikinci günündə döyülüb, alın nahiyəsi zədələnib, barmağı sınıb.
Yaxınları ondan müalicə olunması üçün küçəyə çıxmamasını istəsələr də, güneyli gənc qorxmayaraq etirazlara qatılıb və həbs olunub.