• 18 Aprel 2024
logo
Türkiyə musiqiçisi Onur Şənər öldürüldü

Türkiyə musiqiçisi Onur Şənər öldürüldü

Türkiyə müsiqiçisi Onur Şənər Ankarada əyləncə mərkəzlərinin birində döyülərək öldürülüb.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, 3 nəfər evə getmək üçün iş yerindən çıxan Onur Şənərə butulka ilə hücum edib. Hadisəni görən vətəndaşlar dərhal polisə xəbər verib. Boğazındakı şüşə parçaları ilə ağır yaralanan və xəstəxanaya göndərilən Şənər bütün müdaxilələrə baxmayaraq, dünyasını dəyişib.
İddiaya görə, buna səbəb sözügedən 3 nəfərin Şənərə mahnı sifariş etməsi, Şənərin isə bilmədiyini deyərək, bundan imtina etməsi olub.
Qeyd edək ki, “O səs Türkiyə"”ə "Show Must Go On" mahnısı ilə yadda qalan Onur Şənər Hadisə ilə də duet oxuyub. Gənc musiqiçi ailəlidir və bir qızı var.