• 9 Dekabr 2022
logo
AB Lənkəran üçün 300 min ayırır

AB Lənkəran üçün 300 min ayırır

Avropa Birliyi Lənkəranın mədəni inkişafının maliyyələşdirilməsinə 300 min avro ayıracaq.
Baymedia.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross Tvitter hesabında yazıb.
“Aİ Lənkəranın mədəni inkişafı üçün 300 min avro məbləğində proqramı maliyyələşdirir. Fransa İnstitutu tərəfdaşlardan biri olmaqdan qürur duyur. Teatr tamaşaları, film nümayişləri, musiqi, sərgilər, kitabxanalarla əməkdaşlıq təşkil olunacaq”, - Qross qeyd edib.