• 27 Aprel 2024
logo
Eldar Əzizov: "Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı yaxın günlərdə ola bilər"

Eldar Əzizov: "Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı yaxın günlərdə ola bilər"

"Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı ilə bağlı işlər davam etdirilir".
Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
İcra başçısı bildirib ki, Heydər Əliyev Fondu tərəfindən ucaldılacaq heykəlin açılışı üçün hazırda heykəltəraş və mütəxəssislər hazırlıq işləri görür: “Bununla bağlı proses gedir. Ola bilər ki, yaxın günlərdə heykəlin açılışı olsun. İşlərin gedişi mütəxəssislərin fəaliyyətindən asılı olacaq".