• 26 Aprel 2024
logo
"Bir dəfə xəyanət ediblər mənə..." - Aygün Kazımova SEVGİSİNDƏN danışdı

"Bir dəfə xəyanət ediblər mənə..." - Aygün Kazımova SEVGİSİNDƏN danışdı

Xalq artisti Aygün Kazımova "Atv maqazin onlarla" verilişinin "33 sual" rubrikasının qonağı olub.

BiG.AZ xəbər verir ki, veriliş zamanı xalq artisti maraqlı açıqlamaları ilə gündəm yaradıb. Belə ki, veriliş zamanı sənətçiyə "Xəyanəti bağışlamısız?" sualını ünvanlayıb.
Xalq artisti isə cavabında:

"Heç vaxt bağışlamamışam. Mənə bir dəfə xəyanət ediblər və bilmişəm, bağışlamamışam. Onu da hamı bilir. Sevgidə qürurdan keçmək olur. Amma qürur başqa, sevgi başqa, xəyanət, sədaqətsizlik başqa şeydir. O, mənə xəyanət etdi. Mən Aygün Kazımovayam deyə bağışlamaram deyə yox inam itir deyə bağışlamaq olmur. İki nəfərlik münasibət itir. Belə oldu, mən də bağışlamadım. Çox da xoşbəxtəm" sözlərini deyib.