• 29 Mart 2024
logo
“Jara” komediya filminin nümayişi olub

“Jara” komediya filminin nümayişi olub

Ötən gün “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Jara” romantik komediya filminin nümayişi olub.
Trend-in məlumatına görə, filmin ideya müəllifi və prodüseri Teymur Cəfərov, rejissoru Dunya Lisova, quruluşçu rəssamı Masksim Alipçenko və quruluşçu operatoru Vasili Rıjovdur.
Filmin çəkilişləri “Jara” beynəlxalq musiqi festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda baş tutub. Çəkilişlərdə Filipp Kirkorov, Nikolay Baskov, Qriqori Leps, Ani Lorak, Emin, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər.
Ekran əsərinin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən “Jara” festivalına uçurlar və çoxsaylı macəralar bundan sonra başlayır.