• 22 Oktyabr 2024
logo
“Yarğı” pərəstişkarlarına şad xəbər

“Yarğı” pərəstişkarlarına şad xəbər

Türkiyədə, eləcə də ölkəmizdə izlənmə rekordu qıran “Yarğı” serialı “Kanal D” televiziyasında yenidən yayımlanacaq.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Serialın həftəlik, yaxud gündəlik olaraq yayımlanacağı ilə bağlı detallar hələlik açıqlanmayıb.

Qeyd edək ki, Pınar Dəniz və Kaan Urqancıoğlunun baş rolunu canlandırdığı, ssenarisi Səma Ərgənəkona məxsus olan “Yarğı” serialı 3 mövsüm yayımlandıqdan sonra mayın 26-sı final etmişdi.