• 27 İyul 2024
logo
Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib

Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) prorektoru, Xalq artisti Yeganə Axundova Estoniyanın Tallinn şəhərində konsert proqramı ilə çıxış edib.

Baymedia.az xəbər verir ki, Estoniya Musiqi və Teatr Akademiyasının böyük zalında reallaşan konsertdə, həmçinin Akademiyanın professorları və azərbaycanlı musiqiçi Humay Hacızadə də iştirak edib.

Konsert proqramında İ.Brahms, Q.Mahler, E.Magi, Ü.Hacıbəyli və F.Əmirovun əsərləri səsləndirilib. Xalq artisti görkəmli bəstəkarımız Fikrət Əmirovun fortepiano əsərləri toplusundan ibarət və “Grammy” mükafatının BEST CLASSICAL COMPENDIUM kategoriyasında longlistə daxil olan diskini Estoniya Musiqi və Teatr Akademiyasına hədiyyə edib.

Bundan əlavə Yeganə Axundova beynəlxalq layihə olan “Erasmus+” proqramı ilə işçi müqaviləsi çərçivəsində Estoniya Musiqi və Teatr Akademiyasının piano fakültəsinin tələbələrinə ustad dərsləri keçib.