• 28 May 2024
logo
Xalq artisti “Şuşanın dağları”nı yeni versiyada oxudu - Video

Xalq artisti “Şuşanın dağları”nı yeni versiyada oxudu - Video

Xalq artisti Zülfiyyə Xanbabayeva Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib.

Baymedia.az xəbər verir ki, sənətkar tədbirdə “Şuşanın dağları” mahnısını yeni versiyada oxuyub.

Belə ki, mahnıda “Şuşanın dağları”nın ilk ifaçısı Xan Şuşinskinin də səs yazısı yer alıb. Xanbabayeva onunla virtual duet ifa edib.

“Xan əmi... Neçə nəsillərə miras qoyduğunuz əvəzsiz əsərinizi illər sonra Sizinlə Şuşada ifa etməyimlə qürur duyur və ruhunuz qarşısında baş əyirəm”, - müğənni İnstaqram hesabında yazıb.

Həmin görüntüləri təqdim edirik: