• 24 Aprel 2024
logo
Fransa PKK terrorçularına medal verdi

Fransa PKK terrorçularına medal verdi – Foto

Suriyada PKK və İŞİD-ə logistika dəstəyi verən Fransa növbəti təxribatçı addım atıb.

Baymedia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, PKK/YPG terrorçuları Fransa Senatına dəvət olunub.

PKK-nın Suriyadakı qolu YPG və onun qadın təşkilatının nümayəndələri Nuri Mahmud və Ruksan Məhəmməd Senatda keçirilən Novruz ziyafətində "Şərəf" medalı ilə təltif ediliblər.

Daha sonra senator Pyer Loren parlament binasında terrorçularla görüş keçirib.